Azərbaycanda 2025-ci ildə 37.4 min mənzil istifadəyə verilib. Bu, 2024-cü illə müqayisədə təxminən 44% artım deməkdir.
Banker.az-ın məlumatına görə, 2024-cü ildə ölkədə 25.9 min mənzil istifadəyə verilmişdi.
Yeni mənzillərin orta ölçüsündə də nəzərəçarpacaq artım qeydə alınıb. İstifadəyə verilən mənzillərin orta ümumi sahəsi 2024-cü ildəki 111.7 kvadratmetrdən 2025-ci ildə 129 kvadratmetrə yüksəlib.
Əhalinin şəxsi vəsaiti hesabına istifadəyə verilmiş mənzillərin sayı 25.4 min, onların orta sahəsi isə 148.3 kvadratmetr olub. Beləliklə, şəxsi vəsait hesabına tikilən mənzillər ölkə üzrə orta göstəricidən daha böyük olub.







