Azərbaycanda 2025-ci ildə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 4 milyon 823.9 min kvadratmetr təşkil edib.
Banker.az-ın məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 66.6% çoxdur. Bir il əvvəl ölkədə 2 milyon 895.5 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdi.
Son beş ilin göstəricilərinə əsasən, 2025-ci ildə istifadəyə verilən yaşayış sahəsi ən yüksək səviyyəyə çatıb. Müqayisə üçün, bu göstərici 2021-ci ildə 2 milyon 76.9 min, 2022-ci ildə 2 milyon 815.7 min, 2023-cü ildə isə 2 milyon 483.1 min kvadratmetr olub.
2025-ci ildə istifadəyə verilmiş yaşayış sahəsinin 4 milyon 718.7 min kvadratmetri qeyri-dövlət sektorunun, 105.2 min kvadratmetri isə dövlət sektorunun payına düşüb.







