32 C
Baku
Friday, July 12, 2024

Azərbaycanda IT bizneslər və işçilər üçün gələn ildən hansı vergi güzəştlər ediləcək?

Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılan yeni qanun layihələri İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan işçilərə, xarici vətəndaşlara 01 yanvar 2023-cü il tarixdən 10 il müddətinə mühüm vergi, sosial və miqrasiya güzəştləri təklif edir.

 Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili məlumat verib.

Qanunverici orqanda qəbul edilən dəyişiklər aşağıdakılardan ibarətdir:

1. Texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri də parkın rezidentləri sayılacaq.

2. Rezident şəhadətnaməsi alan “sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi” fəaliyyəti ilə məşğul olan sahibkarlar mənfəət (20%) və gəlir (14%) vergisindən tam azad ediləcəklər.

3. Bu sahibkarlar üçün mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan divident vergisi (10%) ləğv ediləcək.

4. Bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin gəlir vergisi 01.01.2026-cı ilə qədər – 8000 manatadək 0%, 8000 manatdan çox olan hissəsi 5% (hazırda 14%), 01.01.2026-cı ildən isə 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.

5. İşçilər məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq ya minimum aylıq əmək haqqı məbləğinin dörd misli (1 200 man) miqdarından ya da muzdlu işdən əldə edilən gəlirlərdən indiki qaydada davam edərək ödəyə biləcəklər.

6. Əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq

7. Əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.

“Təklif edilən dəyişikliklər İKT sahəsində digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadi mühitini ən cəlbedici edəcəkdir”- deyə, Tahir Mirkişili bildirir.

Deputat hesab edir ki, bu yeni mühit Azərbaycanda İKT sahibkarlığını inkişaf etdirəcək, İT mütəxəssislərin isə inkişafına dəstək olacaq.

Son xəbərlər
Digər xəbərlər