15 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda kənd təsərrüfatının istehsalı 7%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 900,3 mln. manat təşkil edib ki, onun da 3 350,8 mln. manatı heyvandarlıq, 3 549,5 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2%, bitkiçilik məhsulları üzrə isə 11,4% artıb.

Noyabr ayının 1-dək dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,9%-i, yaxud 1 038,9 min hektarı biçilmiş və həmin sahələrdən 3 249,4 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çox məhsul götürülüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 2,9% artaraq 429,9 min ton, süd istehsalı 1,8% artaraq 1 751,4 min ton, yumurta istehsalı 8,1% artaraq 1 531,7 mln. ədəd və yun istehsalı 1,5% artaraq 15,9 min ton təşkil edib. Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3% çox barama istehsal olunub.

©APA-Economics

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər