12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycanda kərə yağının istehsalı artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 22 356.5 ton kərə yağı istehsal edilib.

Dövlət Statistika Komitəsindən Banker.az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan kərə yağının həcmi 1.7% artıb.

Cari ilin dekabrın 1-nə ölkədə kərə yağı üzrə hazır məhsul ehtiyatı 70.7 ton təşkil edib. Belə ki, ötən il bu göstərici 0.2 tona bərabər olub.

Bununla yanaşı, bu ilin yanvar-oktyabr aylarında ölkəyə 67 486.6 min dolları dəyərində 13 707.5 ton kərə yağı, digər süd yağları və pastaları idxal olunub ki, bu göstəricilər müvafiq olaraq 18.6% və 22.9% artıb.

Son xəbərlər
Digər xəbərlər