27 C
Baku
Friday, July 19, 2024

Azərbaycanda kapitalı 20000 dollar olan aqro şirkət yaradılıb

Azərbaycanda yeni “Soytex” adlı şirkət təsis edilib. Bu şirkətin təmsilçisi Xubanov Rauf Tofiq oğludur.

 Banker.az-a daxil olan məlumata görə, “Soytex” şirkətinin kapitalı 20000 ABŞ dollarıdır.

“Soytex” şirkəti Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz ev 25 ünvanında fəaliyyət göstərəcək.

Bildirək ki, “Soytex” MMC 1995-ci ildən bəri fəaliyyət göstərən aqro-sənaye şirkətlər qrupudur. Şirkətin əsas fəaliyyəti Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə, Çin , Mərkəzi və Şərqi Avropa ölkələrində qarışıq yem və yeyinti sənayesi üçün topdan satış təşkil etməkdir.

 

Son xəbərlər
Digər xəbərlər