16 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda “Karabah Operating Company”nin filialı açılıb

Karabah Operating Company» (KOC) əməliyyat şirkətinin filialı Vergilər Nazirliyində qeydiyyatdan keçib. Bu barədə nazirlikdən məlumat verilib.

«Mayın 13-də şirkətin filialı qeydiyyatdan keçib. Onun rəsmi təmsilçisi Tahir Dadaşovdur”, – deyə məlumatda bildirilir.

Şirkətin ofisi Bakı şəhərinin Nərimanov rayonunda yerləşir.

31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında “Qarabağ” yatağının işlənməsi haqqında Risk Service Contract imzalanıb. Müqavilə 2018-ci il iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən paritet əsaslarla (50%:50%) birgə əməliyyat şirkəti yaradılıb.

Qarabağ yatağı Bakıdan 130 km şərqdə yerləşir. Yatağın çıxarıla bilən neft ehtiyatları 16 mln. ton, qaz ehtiyatları isə 28 mlrd. kubmetrdir. Yataqda dənizin dərinliyi 180 metrdir.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər