15 C
Baku
Cümə, Oktyabr 22, 2021

Azərbaycanda karqo şirkəti cərimələnir – gömrük məsələsinə görə

faizlere

Azərbaycanda fəaliyyət göstərən kargo şirkəti barəsəində Dövlət Gömrük Komitəsi cərimə protokolu tərtib edib.

Banker.az xəbər verir ki, bu “Caucasus-Caspian International Cargo Company” MMC avtomobil üzərində daşıma şirkətidir.

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilən protokolda, şirkətin inzibati xətalar məsəlləsinin 485.2-ci maddəsi ilə cəzalandırıldığı deyilir.

Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.

“Caucasus-Caspian International Cargo Company” – 2016-cı ildə təsis edilib. Əsasən MDB ölkələrindən logistik xidmətləri həyata keçirir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər