18 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanda kiçik dağ çaylarının əksəriyyəti tamamilə quruya bilər

Azərbaycanda buzlaqların ərimə sürəti iki dəfə artıb.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi Beynəlxalq Konfransında (“Baku Water Week Conference”) deyib.

“Azərbaycanda daxildə formalaşan şirin su ehtiyatlarının 90%-i böyük və kiçik Qafqaz silsilələrində müşahidə olunan yağıntılar və buzlaqların əriməsi nəticəsində əmələ gəlir. Son 20 ildə Azərbaycanda dağlardakı buzlaqların əriməsi 13 kvadrat kilometrə çatıb. Ötən əsrin 60-cı illəri ilə müqayisə etsək o zaman buzlaqların əriməsi 0.56-0.58% təşkil edirdisə 2000-ci illərdən sonra bu təxminən 1%-ə çatıb.

Belə davam eləsə biz mövcud buzlaqların 80%-ni 22-ci əsrin sonuna kimi itirəcəyik. Bu da o deməkdir ki, ölkədəki mövcud kiçik dağ çaylarının əksəriyyəti tamamilə quruyacaq, digər qismi isə mövsümü çaylara dönəcək”, – deyə Ə. Şirinov qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər