31 C
Baku
Saturday, July 20, 2024

Azərbaycanda kiçik mağazaların POS-terminallarla əməliyyatları azalıb

Azərbaycanda mikro bizneslərin pərakəndə ticarətdə POS-terminallardan istifadə göstəricisi aşağı düşüb.

Banker.az bunu rəsmi rəqəmlərə istinad edir.

Göstəricilərə görə, 2023-cü ilin mikro sahibkarlıq subyektləri Pərakəndə ticarət dövriyyəsi, ƏDV və aksiz vergisi daxil olmaqla ümumi 69.1 mln. manat təşkil edib və bu 2022-ci ilin eyni dövründən 88% yuxarı göstəricidir. Dövlət Statistika Komitəsinin açıqlamasına görə bunun da 30 mln. manatı ərzaq malları, içkilər və tütün məmulatları üzrə olub ki, bu da illik müqayisədə 3.5 dəfə artımdır.

Lakin, son illərdə ölkədə nağdsız ödənişlərin sürətlə artımı baş versə də, mikro bizneslərdə bu, kiçilib.

2022-ci ilin birinci rübündə POS-terminallarla ödənişlərin həcmi 5 mln. 448 min manat təşkil etdiyi halda, 2023-cü ilin analoji dövründə 3 mln. 82 min manat olub. Cəmi 176 min manatlıq e-ticarətlə əməliyyatlar aparılıb (2022-ci ilin eyni dövrü: 85 min manat).

2022-ci ilin ikinci rübündə 11 mln. 770 min manat, üçüncü rübündə 13 milyon 243 min manat və son rübündə 15 mln. 904.5 min manatlıq POS-terminallarla əməliyyatlar aparılmışdı.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən məlumata görə, indiyədək ölkə ərazisində 88.454 ədəd yeni nəsil NKA quraşdırılıb. Bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-aprel ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6.7 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.1 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər