18 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Azərbaycanda Kimyəvi Silahları Məhvetmə Komissiyası yaradılır

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan ərazisində aşkarlanan kimyəvi silahın məhv edilmə qaydası müəyyənləşib.

Ölkə ərazisində aşkarlanan bütün növ kimyəvi silahlar Konvensiyada nəzərdə tutulan hallarda və Konvensiyaya uyğun olaraq bu Qayda (Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası”) ilə müəyyən edilmiş qaydada məhv olunacaq.

Kimyəvi silah aşkar olunduğu və ya aşkar olunması barədə məlumat daxil olduğu andan 3 gün müddətində bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupu tərəfindən bu Qaydada göstərilən Kimyəvi Silahları Məhvetmə Komissiyasına verilir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Fövqəladə Hallar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə Komissiya formalaşdırılır.

Bu Qaydada nəzərdə tutulan məlumat alındıqdan sonra 10 (on) gün müddətində Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi ilə bağlı plan 4 hazırlanır və onun surəti 2 (iki) gün müddətində Milli İnspeksiya Qrupuna göndərilir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər