25 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda kommersiya məhkəməsi sədrinin səlahiyyətləri müəyyənləşib

Azərbaycanda kommersiya məhkəməsi sədrinin səlahiyyətləri müəyyənləşib.

Bununla bağlı məsələ “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilən yeni fəsildə öz əksini tapıb.

Qanuna əlavə edilən kommersiya məhkəməsi adlı yeni VIII-I fəsildə kommersiya məhkəməsi və onun səlahiyyətləri yer alıb.

Belə ki, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxacaq.

Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edəcək, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənəcək və ümumiləşdirəcək, Azərbaycan qanunları ilə ona aid edilən digər səlahiyyətləri həyata keçirəcək.

Sədr məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edəcək, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edəcək, məhkəmə iclaslarına sədrlik edəcək, işlərin kargüzarlıq qaydalarına uyğub bölüşdürülməsinə nəzarət edəcək. Həmçinin məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edəcək.

Kommersiya məhkəməsinin sədri Ali Məhkəmənin Plenumunda və müvafiq apelyasiya instansiyası məhkəməsinin Rəyasət heyətində Kommersiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verəcək.

Qeyd edək ki, qanuna təklif edilən yeni dəyişikliklər iyunun 13-də parlamentin növbədənkənar təşkil olunan ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər