17 C
Baku
Saturday, April 13, 2024

Azərbaycanda könüllü həyat sığortası bazarı 30% böyüyüb

Mərkəzi Bank həyat sığortası bazarı üzrə hesabatı təqdim edib.

Banker.az xəbər verir ki, hesabata əsasən, 2022-ci ilin iyun ayına könüllü həyat sığortası üzrə yığımlar 205 mln. 551.5 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 mln. 871.9 min və ya 29.5% çoxdur. Könüllü həyat sığortası üzrə ödənişlər isə illik müqayisədə 40.5% azalaraq 83 mln. 5 yüz manat olub.

Qeyd edək ki, hesabat dövründə könüllü həyat sığortası üzrə yığımların 93.2%i, ödənişlərin isə 97.9%-i həyatın yaşa sığortasının payına düşüb.

Təkcə iyun ayında könüllü həyat sığortası bazarında sığorta haqqları 16.4%, sığorta ödənişləri isə 63.4% artıb.

Son xəbərlər
Digər xəbərlər