4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Azərbaycanda koronavirusa ən az yoluxmanın qeydə alındığı ərazi açıqlanıb

Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsi olaraq, ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi xəbər verir.

Nazirlik bildirib ki, COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.

Son xəbərlər
Oxşar xəbərlər