6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Azərbaycanda koronavirusa yoluxmuş xəstənin müalicəsi neçəyə başa gəlir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda bir koronavirus xəstəsinə çəkilən xərcin məbləğini açıqlayıb.

 Banker.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O, bildirib ki, bir günə ən yüngül xəstəyə 80, ən ağır xəstəyə 150 manat xərclənir: “Bu, mart ayına uyğun göstəricidir”.

Onu da qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyə qədər dövlət, özəl və bir sıra fiziki şəxslər tərəfindən 113 173 128 manat həcmində ianələr edilib

Son xəbərlər
Oxşar xəbərlər