22 C
Baku
Thursday, September 29, 2022

Azərbaycanda korporativ bank kartları ilə bağlı qanunvericilik dəyişə bilər

Azərbaycanda korporativ bank kartları ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanacaq.

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi xəbər verir ki, bu məsələ qurumun nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclasında müzakirə olunub.

İclsasda Ekspert Qrupunun bankların rəhbər şəxslərindən ibarət olan üzvləri, həmçinin “Ödəniş sistemləri və rəqamsal bankçılıq” Ekspert Qrupunun üzvləri də iştirak edib. Korporativ bank kartları ilə əlaqədar məsələlər müzakirə edilib, bəzi qanunvericilik aktlarına dəyişiklər ilə bağlı təkliflərin hazırlanaraq ABA-ya təqdim edilməsi qərara alınıb.

ABA-nı 1990-cı ildə banklar təsis edib. Qurumun əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı Assosiasiyanın üzvüdür.

 

 

Son xəbərlər
Oxşar xəbərlər