27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda kosmik obyektlər dövlət qeydiyyatına alınacaq

Azərbaycan ərazisində aşkarlanmış kosmik obyekt üzərində mülkiyyət hüququ müqaviləyə və mülki qanunvericiliyə uyğun müəyyən ediləcək.

Bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin mayın 11-də keçirilən iclasının gündəliyinə daxil edilib.

“Kosmik fəaliyyət haqqında” qanun layihəsinə əsasən, kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

Sənədə əsasən, kosmik fəzada olan kosmik obyektin bu Qanunun tələblərinə əməl etməklə özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq özəlləşdirilməsinə, həmçinin müqavilə əsasında sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir.

Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair məlumatlar milli kosmik operator tərəfindən Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.

Qanun dərc edildiyi tarixdən 60 gün sonra qüvvəyə minir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər