26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Azərbaycanda kredit ittifaqlarının zərəri 2 dəfəyə yaxın artıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda kredit ittifaqları bu ilin yanvar-iyun aylarını 0.5 milyon manat zərərlə başa vurublar. Ötən ilin eyni dövründə isə kredit ittifaqlarının zərəri 0.3 milyon manat təşkil edirdi ki, bu da bu il zərərin 2 dəfəyə yaxın artması deməkdir.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bu ilin birinci yarımilliyində kredit ittifaqlarının cəmi gəlirləri 1.1 milyon manat, xərcləri isə 0.51 milyon manat təşkil edib. İllik müqayisədə kredit ittifaqlarının gəlirləri 15.4% azalıb, xərcləri isə 4% azalıb.

30 iyun 2021-ci il tarixinə kredit ittifaqlarının cəmi aktivləri 14.8 milyon manat olub ki, bu da ötən ilə nisbətən 6.3% azalma deməkdir. Müştərilərə verilən kreditlər isə 13 milyon manat təşkil edib. Belə ki, kredit ittifaqlarının kredit portfeli 8% kiçilib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər