11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Azərbaycanda kredit qoyuluşlarının həcmi 14%-ə yaxın artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 526,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici son bir ayda 184,1 mln. dollar və ya 1,4% artıb.

Cari ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 898,1 mln. manat və ya 7,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 620,9 mln. manat və ya 13,6% artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.

Son xəbərlər
Oxşar xəbərlər