25 C
Baku
Thursday, August 18, 2022

Azərbaycanda kreditlərin sığortalanması bazarı 2 dəfədən çox kiçilib

Azərbaycanda kreditlərin sığortalanması 2020-ci ildə 41%  kiçilib.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-noyabr aylarında 67 min  400 manatlıq kredit sığortalanıb. Öncəki ilin analoji dövründə isə bu rəqəm 113 min 600 manat olub. Lakin, dövr ərzində heç bir sığorta hadisəsi baş verməyib.

Cari ilin yanvar-sentyabr aylarında 50 min 800 manat təşkil etmişdir. İllik müqayisədə kreditlərin sığortlanması bazarı 41% kiçilsədə, aylıq müqayisədə 32% böyüyüb.

Onuda qeyd edək ki, Kreditlərin sığortası — kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

 

Son xəbərlər
Oxşar xəbərlər