16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Azərbaycanda külək turbinləri 2021-ə effektli start verib – 25% artım

faizlere

Azərbaycanda bərpa olunan enerji mənbələrindən əsasən də külək turbinlərindən elektrik enerjisi istehsalı 2021-ci ilə daha yaxşı nəticələrlə start verib.

Banker.az xəbər verir ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanda su elektrik stansiyalarından (SES) elektrik istehsalının həcmi 75 milyon kVt/saat olub. Bu da öncəki illə müqayisədə 17.4% artım dinamikasıdır. Məlumatı Dövlət Statistika Komitəsi verib.

Külək turbinlərindən alınan elektrik enerjisinin istehsal həcmi 9 milyon kVt/saat olmaqla 2020-ci ildə qeydə alınan nəticəni 25% üstələmiş olur. Lakin, bu 2019-cu ilin ilk ayında qeydə alınan nəticədən hələ də aşağıdır. Qeyd edilən tarixdə ölkədə küləkdən elektrik alınmasının həcmi 11.4 milyon kVt/s olmaqla indiyə qədər ölkədə ən böyük nəticəni göstərib.

Azərbaycanın Energetika Nazirliyi S.Ərəbistanın “ACWA Power” şirkəti ilə Xəzər dənizi üzərində 240 milyon kVt/s gücündə elektrik stansiyaları tikməklə bağlı müqavilə imzalayıb. Hökumət 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirib.

Hazırda Azərbaycanda elektrik istehsalının həcmi 2 225.4 milyon kVt/s təşkil edir, bunun da cəmi 7.1%-i bərpa olunan enerjinin payına düşür.

İLK AY “GÜNSÜZ” KEÇİR

İlin ilk ayında günəşdən elektrik enerjisi alınması bir o qədər də ürəkaçan görünmür. Məsələn, 2021-ci ilin yanvar ayı üzrə ölkədə günəş elektrik təsərrüfatlarında cəmi 2 milyon kVt/s həcmində olmuşdur. Bu öncəki ildən 9.1% azalma deməkdir.

Günəş panellərindən elektrik istehsalı 2020-ci ilin ilk ayında 2.2 milyon kVt/s və 2019-cu ildə isə 2.4 milyon kVt/s təşkil etmişdi.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər