4 C
Baku
Monday, December 5, 2022

Azərbaycanda ləğv edilən BOKT kreditorlarının tələblərini ödəyəcək

Bank Olmayan Kredit Təşkilatı “Vijn Fond Azərkredit” MMC Ümumi Yığıncağı 28.09.2022-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.

Banker.az xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1065, Bakı şəhəri, Yasamal rayonu, İzmir ,Ev 8 ünvana bildirə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Son xəbərlər
Digər xəbərlər
X