27 C
Baku
Sunday, July 21, 2024

Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə 606 mln. manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 990 əmanətçiyə 606 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

“Banker.az” Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, “Atabank”ın 9 650 əmanətçisi 236 milyon 207 min 720 manat, “Amrah Bank”ın 5 709 əmanətçisi 138 milyon 208 min 699 manat, “AGBank”ın 4 517 əmanətçisi 107 milyon 487 min 200 manat, “NBC Bank”ın isə 4 114 əmanətçisi 124 milyon 280 min 181 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Son xəbərlər
Digər xəbərlər