28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda Lada satıcısının gəlirlərinin azalması xalis mənfəətini 3 dəfədən çox azaldıb

“Xəzər Lada” ASC 2020-ci ilin birinici yarımilliyində 118 min 750 manat xalis mənfəət əldə edib. Halbuki, Lada satıcısı ötən ilin müvafiq dövrünü 400 min manat xalis mənfəətlə başa vurmuşdur ki, bu da illik müqayisədə “Xəzər Lada”nın mənfəətinin 3,4 dəfə azalması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin birinci yarısında “Xəzər Lada”nın cəmi gəlirləri 7 milyon 787 min manat (illik müqayisədə 12% az), cəmi xərcləri 7 milyon 236 min manat (13% az) olub.

Hesabat dövründə şirkətin cəmi aktivləri 16 milyon 12 min manat olub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə aktivlərin 2% azalması deməkdir.

Bu ilin 6 ayında “Xəzər Lada”nın cəmi öhdəlikləri 6 milyon 317 min manat, cəmi kapitalı isə 9 milyon 695 min manat olub. Belə ki, illik müqayisədə şirkətin öhdəlikləri 6,3% azalıb, kapitalı isə 1,1% artıb.

Bildirək ki, “Xəzər-Lada” şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın “Avto-VAZ” şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur.

Son xəbərlər
Digər xəbərlər