27 C
Baku
Wednesday, July 2, 2025

Azərbaycanda “LED” lampaların istehsalına başlanılacaq

Gəncədə yeni istehsal müəssisəsi istismara veriləcək.

Banker.az xəbər verir ki, Müəssisədə “LED” lampalar istehsal ediləcək.

Müəssisədə aparılan təmir işlərinin 80 faizi yekunlaşıb və bu yaxınlarda dəzgahların quraşdırılmasına başlanılacaq. İstehsal olunacaq “LED” lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etməyə imkan verəcək.

Müəssisənin cari ilin oktyabr ayının sonlarında istismara verilməsi planlaşdırılır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin ediləcək. Müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər