16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Azərbaycanda məhkumlara elektron nəzarət sisteminin qurulması üçün bu şirkəti cəlb edir

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi məhkum şəxslərə elektron nəzarət sisteminə görə IT şirkəti seçib.

Banker.az saytının xəbərinə görə, Nazirlik, məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi üzrə informasiya sisteminin, aidiyyəti avadanlığın və şəbəkə infrastrukturunun il ərzində saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması xidmətini “İdrak Texnoloji Transfer” MMC-yə həvalə edib.

Buna görə, nazirlik IT şirkətinə 906 min manatlıq vəsait ödəməli olacaq.

“İdrak” MMC şirkəti 1990-cı ildə təsis edilmiş, 2003-cü ildə isə “İDRAK Texnoloji Transfer” adı altında qeydiyyatdan keçmişdir. Şirkətin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiətidir.

Şirkətdən də bildirilir ki, 1990-cu ildən dövlət şirkətləri ilə fəal əməkaşlıq edir.

Sonuncu dəfə Kənd Təsərrüfatı Nazirliyi ilə 333 min manat müqavilində dronlar satmışdı.

Ötən il isə Ədliyyə Nazirliyi ilə bu müqaviləyə yaxın predmetdə – cəzaların icrası zamanı tətbiq olunan elektron nəzarət vasitələrinin alınması üzrə 6 milyon 780 min manatlıq müqavilə imzalamışdı.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər