Azərbaycanda mənzil tikintisinə 3.2 milyard manat yatırılıb

Azərbaycanda 2025-ci ildə yaşayış evlərinin tikintisinə 3 milyard 195.6 milyon manat investisiya yönəldilib.

Banker.az-ın məlumatına görə, mənzil tikintisinə yatırımlar müqayisəli qiymətlərlə əvvəlki ilə nisbətən 12.2% artıb. Bu istiqamətin ölkə üzrə əsas kapital investisiyalarındakı payı 14.7% təşkil edib.

2024-cü ildə yaşayış evlərinin tikintisinə 2 milyard 799.8 milyon manat yönəldilmiş, bu sahənin ümumi investisiyalardakı payı 12.7% olmuşdu.

Beləliklə, bir il ərzində həm investisiyanın məbləği, həm də ümumi kapital qoyuluşlarındakı çəkisi yüksəlib.

Eyni dövrdə istifadəyə verilmiş yaşayış sahəsinin 66.6% artması əvvəlki illərdə başlanmış layihələrin də 2025-ci ildə tamamlanaraq təhvil verildiyini ehtimal etməyə əsas verir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər