10 C
Baku
Friday, December 27, 2024

Azərbaycanda məqsədli büdcə fondlarının ləğv edilməsi təklif olunur

“Azərbaycanda məqsədli büdcə fondlarının ləğv olunmasını təklif edirik”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, məqsədli büdcə fondları üzrə bəzi əməliyyatlar, xüsusilə qalığın gəlirlərdə tanınması dövlət büdcəsi parametrlərində qeyri-müəyyənliklər yaradır.

“Qabaqcıl təcrübəyə əsasən gəlir kimi yalnız xalis dəyər artımı nəzərə alınmalı, başqa sözlə bu ya aktivlərdə artım, ya da öhdəliklərdə azalma ilə nəticələnməlidir. Məqsədli büdcə fondlarında isə müvafiq halda bu baş vermir. Bununla yanaşı, son illərdə ölkədə fiskal sahədə həyata keçirilən islahatlar, məsələn publik hüquqi şəxslərin yaradılması və onlara məqsədli maliyyələşmənin sifariş əsasında verilməsi məqsədli büdcə fondu anlayışının əhəmiyyətini azaltmaqdadır. Qeyd edilənləri nəzərə alaraq, məqsədli büdcə fondları ilə bağlı məsələlərə yenidən baxılmasını, fondların ləğv edilməsini, qalıqların sərbəst qalığa aid edilməsini, həmin fondların vəsaitini icra edən qurumlar üzrə xərclərin sifariş əsasında həyata keçirilməsini təklif edirik”, – deyə Palata sədri qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər