26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Azərbaycanda məscidlərin açılması ilə bağlı müzakirələr aparılır

Screen Shot 2021 09 02 at 14.34.20

“Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha üç dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə bildiriblər. Bununla bağlı müzakirələrimiz davam edir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

 

QMİ sədri qeyd edib ki, məscidlərin açılması həm də insanların özlərindən asılıdır: “Biz Operativ Qərargahın qaydalarına düzgün riayət etsək, yəqin ki, məscidlərdə ibadətlərimiz də bərpa olunacaq. Digər dinlərə nisbətən İslamda başqa yerlərdə namaz qılmaq, ibadət etmək olar. Pandemiya dövründə müsəlman din xadimləri internet vasitəsilə dindarlara şəriət məsələlərini çatdırıblar, dini təbliğat davam edib. Ancaq bu gün evlənmək istəyən toy mərasimi təşkil edə bilmir. Biz bu gün ata-anamızı istədiyimiz kimi mərasimlə dəfn edə bilmirik. Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm. Amma müvafiq qaydada dəfn üçün imkan yaranmasını istərdik. Dövr, həyat bizə məhdudiyyətlər qoyub. Biz nə qədər Operativ Qərargahın qaydalarına riayət etsək, o qədər də tez məscidlər, məbədlər açılacaq, toylar olacaq”.

“Bu gün qarşımızda COVID-19 pandemiyası kimi bir çətinlik dayanır. Allah tezliklə bizi bu xəstəlikdən azad etsin. Bu gün dünyanın böyük dövlətləri də bir gün ərzində minlərlə vətəndaşını itirir. Bir təyyarə qəzasında 200-300 nəfər həlak olanda bütün dünya o dövlətə, xalqa başsağlığı verir. Hazırda hər gün minlərlə insan həyatını itirir, bəzi dövlətlərdə ənənələrə uyğun olaraq gün ərzində meyitləri yandırmağa odun da çatmır. Allah bizi belə bəladan saxlasın”, – QMİ sədri əlavə edib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər