Azərbaycanda maliyyə müəssisələrinin sayı 4% artıb

Azərbaycanda maliyyə sektorunda müəssisə və təşkilatların sayı ilin əvvəli ilə müqayisədə 3,7% artaraq bu il oktyabrın 1-nə 1 695-ə yüksəlib.

Banker.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.

Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində 83 müəssisə və təşkilat yaradılıb, 23-ü isə ləğv olunub. Beləliklə, 1 oktyabrı tarixinə ölkədəki müəssisə və təşkilatların cəmində maliyyə sektorunun xüsusi çəkisi 1,3% təşkil edib.

2018-ci il yanvar-sentyabr ayları ərzində müəssisə və təşkilatların sayı 7,3% artaraq, 2018-ci il oktyabrın 1-i vəziyyətinə 127 221 olub.

Artım iqtisadiyyatın “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnformasiya və rabitə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” və “Emal sənayesi” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

Mənbə: Report