Azərbaycanda maliyyə sahəsinə investisiyalar artıb

0

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu illik müqayisədə 2,7 dəfə artaraq 7,2 mln. manat təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Beləliklə ilk 8 ay ərzində ölkə iqtisadiyyatına investisiyaların 0,1%-i məhz bu sahə ilə əlaqədar olub.

Rəsmi statistikaya əsasən, 2018-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,9%-i sənaye, 19,6%-i tikinti, 13,4%-i nəqliyyat və anbar təsərrüfatı, 1,5%-i səhiyyə, 1,3%-i təhsil, hər birində 0,5% olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,1%-i olmaqla maliyyə və sığorta, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.