Azərbaycanda maliyyə təşkilatlarının müddətli depozitləri (banka faizlə qoyulan) son aylarda yüksəlməkdədir.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iyul ayının əvvəlində maliyyə təşkilatlarının müddətli depozitlərinin həcmi 1 milyard 320 milyon manatdan 1 milyard 369.7 milyon manata yüksəlib.
Artıma səbəb həm xarici valyuta, həm də milli valyutada yerləşdirilən əmanətlərin artmasıdır. Maliyyə təşkilatlarının xarici valyutada olan müddətli depozitlərinin həcmi son ayda ₼21.6 milyon (2.34%) artımla ₼945.6 milyon ekvivalentinə, manatda olan müddətli depozitlərin həcmi isə ₼28.1 milyon (7.10%) artımla ₼424.1 milyon olmuşdur.
Azərbaycanda maliyyə təşkilatlarının müddətli depozitlərinin həcmi, mln. ₼ | ||
Tarix | Manatda | Xarici valyutada |
İyul 2020 | 492.0814 | 1141.82 |
Avqust 2020 | 489.7841 | 1130.723 |
Sentyabr 2020 | 478.5595 | 1100.98 |
Oktyabr 2020 | 463.4222 | 1035.875 |
Noyabr 2020 | 444.7814 | 1036.415 |
Dekabr 2020 | 414.0341 | 966.6823 |
Yanvar 2021 | 395.5904 | 957.2139 |
Fevral 2021 | 368.4444 | 906.5751 |
Mart 2021 | 349.2392 | 893.8489 |
Aprel 2021 | 360.7755 | 907.2758 |
May 2020 | 389.6837 | 920.5312 |
İyun 2021 | 396.0036 | 923.9512 |
İyul 2021 | 424.1151 | 945.6009 |