25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda manatda verilmiş yeni kreditlər bahalaşıb

Azərbaycanda yeni cəlb olunmuş kreditlər bahalaşıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankın 1 yanvar 2021-ci il tarixinə olan statistik rəqəmlərində qeyd edilir.

Məlumata görə, manatda verilmiş kreditlərin orta faiz dərəcəsi 1.52 faiz bəndi artmaqla 15.65%-ə yüksəlib. Bu artım dinamikası isə 2020-ci ilin 1 iyunundan bu tərəfə müşahidə edilən ən böyük bahalaşmadı. Belə ki, may ayının əvvəlində 14.16% olan kreditlərin faiz dərəcə iyun ayının əvvəlinə 17.24% olmuşdu ki, bu da 3.08 faiz bəndi dəyişmə deməkdir.

Xarici valyutada olan yeni kreditlər isə 1.97 faiz bəndi azalaraq 3.43% təşkil edib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı dekabr ayının 18-də uçot faiz dərəcəsini 6.50%-dən 6.25% bəndinə qədər salmışdı.

Son xəbərlər
Digər xəbərlər