14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Azərbaycanda manatla kredit faizləri bahalaşıb, xarici valyutada isə ucuzlaşıb

faizlere

Azərbaycanda fiziki şəxslər üçün milli valyuta manatda depozitlərin faiz dərəcəsi 1 avqust 2019-cu  il tarixinə 10,18%, kreditlər üçün isə 17,13% təşkil edib.

Banker.az bu barədə, AMB-dən əldə etdiyi məlumata istinad edir.

Ötən ilin müvafiq dövründə fiziki şəxslər üçün depozitlərin faiz dərəcəsi  10,34% , kreditlərin faiz dərəcəsi 16,97% təşkil edib. Belə ki, fiziki şəxslər üçün manatda  depozitlərin faiz dərəcəsi 0,16% bəndi azalıb, kreditlərdə isə 0,16 % bəndi artıb. Bununlada fiziki şəxlərə aid kredit-depozit marja fərqi banklar üçün 6,95% olub.

Xarici valyutada isə fiziki şəxslər üçün depozitin faizi 0,37 faiz bəndi azalaraq 2,57%, kreditlərin faizləri isə 3,45 faiz bəndi azalaraq 11,71% təşkil edib.

Hüquqi şəxslər üçün milli valyuta manatda depozitlərin faiz dərəcəsi 4,59% , kreditlər üçün isə 9,10% olub.

 

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər