8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda marqarin istehsalı 66% artıb

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8 faiz artım, içki istehsalında 4.7 faiz, tütün məmulatlarının istehsalında isə 4.9 faiz azalma müşahidə olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında 72 881 ton marqarin istehsal edilib ki, bu da 65.5% artım deməkdir. 01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 6 311.4 ton təşkil edir.

2022-ci ilin yanvar-oktyabr aylarında 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə marqarin, qida üçün yararlı digər qarışıqların ixracı 45.9 faiz azaldılıb.

Həmçinin 11 ayda duru bitki yağlarının istehsalı 6.4%, kərə yağı istehsalı isə 3.4% azalıb.

Son xəbərlər
Digər xəbərlər