14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Azərbaycanda may ayında iş və istirahət günlərinin yeri dəyişdirildi – QƏRAR!

faizlere

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

“Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilsin”- deyə qərarda deyilir.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər