Azərbaycanda mehmanxana binası satışa çıxarılır

Banker.az xəbər verir ki, Qazax şəhəri, Heydər Əliyev prospektində 120 yerlik mehmanxana binasının yarımçıq tikilisi hərraca çıxarılır.

Əmlakın ilkin (start) satış qiyməti 50 000 manat, Torpaq sahəsinin ilkin (start) satış qiyməti 200 000 manat, Hərraca çıxarılan ümumi ilkin satış qiyməti 250 000 manat təşkil edir.

Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərrac Qazax şəhərində müvafiq yerli hərrac komissiyası tərəfindən keçiriləcəkdir.

Qazax şəhəri üzrə:
ünvan: Qazax şəhəri, Azadlıq küçəsi, 75 əlaqə telefonu: (kod 02229) 5-17-96

Hərracın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsi şöbəsindən almaq olar.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.