28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda mehmanxanalar 370 milyon manat gəlir əldə ediblər

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19.8 faiz artaraq 1 215.7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 46.6 faizini təşkil edir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37.4 faiz artaraq 369.8 milyon manat olmuşdur ki, onun da 60.6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27.3 faizi ictimai iaşə xidmətlərindən, 3.7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8.4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

Son xəbərlər
Digər xəbərlər