22 C
Baku
Saturday, July 13, 2024

Azərbaycanda minik avtomobili istehsalı 77% artıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-aprel aylarında 245.4 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az bu barədə Dövlət Statiktika Komitəsinə istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69.2 faiz, maşın və avadanlıqların istehsalı 23.5 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 27.3 faiz azalıb.

2023-сü ilin yanvar-aprel aylarında 1259 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 549 ədəd çox (77.3% artım) minik avtomobili istehsal olunmuşdur. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 73.4 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər