3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Azərbaycanda Beynəlxalq Mərkəzin nümayəndəliyi yaradılacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Saziş müzakirəyə çıxarılıb.

Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin (MSİBM) nümayəndəliyi yaradılacaq.

Sənədə əsasən, nümayəndəlik hüquqi şəxs statusuna malik olacaq. Nümayəndəliyin binası toxunulmazdır. Nümayəndəliyin mülkiyyəti və aktivləri inzibati, məhkəmə və ya qa nunverici fəaliyyət nəticəsində axtarışdan, iddiadan, müsadirədən, özününküləşdirmədən və müdaxilənin hər hansı digər formasından azad olacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Saziş 2021-ci il martın 17-də Bakı və Vyana şəhərlərində imzalanıb.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər