Azərbaycanda “Mir” kartlarının qəbul edilməsi üçün texniki işlər başa çatıb

0

Azərbaycanda “Mir” kartlarının qəbul edilməsi üzrə texniki işlər artıq başa çatıb, bu, yaxın gələcəkdə milli ödəniş kartlarının tam şəkildə qəbuluna başlamaq imkanı verəcək. Bunu Milli ödəniş kart sisteminin (“Mir” ödəniş sisteminin operatoru) rəhbəri Vladimir Komlev deyib.

“Azərbaycanda ilk pilot bank olan “VTB Bank (Azerbaijan)” ilə “Mir” kartlarının qəbuluna başlamaq üçün bütün zəruri texniki tədbirlər görülüb. “AzeriCard” şirkəti bu layihədə texnoloji tərəfdaş kimi çıxış edəcək”, – deyə o, bu gün Bakıda keçirilən “Fintex Summit 2019”-da bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

V.Komlev qeyd edib ki, “Mir” ödəniş sistemi Azərbaycanın bankomat və və pos-terminal şəbəkəsinə malik olan müxtəlif bankları ilə də əməkdaşlığa hazır olacaq.

Onun sözlərinə görə, Rusiyadan Azərbaycana gələn turistlərin sayı olduqca çoxdur. Azərbaycan rusiyalı turistlərin ən çox ziyarət etdiyi ölkələr arasında liderlərdən biridir. 2018-ci ilin yekunları üzrə Azərbaycana 789 min rus gəlib, eyni zamanda, 893 min azərbaycanlı Rusiyaya səfər edib. Rusiya və Azərbaycan arasında qarşılıqlı turist axınının, eləcə də mövcud pul axının artması kartların qəbul edilməsi layihəsinin genişləndirilməsinə zəmin yaradır.

V.Komlev əlavə edib ki, Rusiyada ümumilikdə 58 mln. ədədə yaxın “Mir” kartı buraxılıb.

©İnterfaks-Azərbaycan