12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycanda mobil internetin surəti 4 pillə artdı

Azərbaycan dünyada mobil internetin sürətinə görə 140 ölkə arasında 62-cı yeri tutub.

Banker.az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının avqust ayı üçün açıqlanan reytinqində deyilir.

Reytinqə əsasən, 1 ay ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 37.24 Mb/saniyədən 39.25 Mb/ saniyəyə qalxıb.

“Speedtest Global Index” reytinqinə əsasən, iyun ayında Azərbaycan mobil internetin sürətinə görə bir ildə 4 pillə irəlliyərək 62-ci olub.

Qeyd edək ki, dünyada ən sürətli interneti olan ölkələrin ilk üçlüyünün reytinqinə isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və Norveç daxil olub.

Dünyada ən zəif mobil internet isə Əfqanıstan, Venesuela və Fələstindir.

Son xəbərlər
Digər xəbərlər