26 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlər yarım milyard manatı ötüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 579 mln. manat təşkil edib.

Bu barədə Apa-dan  Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,87% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,4%-ni təşkil edib.

 

Komitədən o da bildirilib ki, bu ilin 8 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1397,2 mln. manatlıq xidmət göstərilib ki, onun da 72,5%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 17,6% artıb. Bu sahədə əldə olunan gəlirin 83%-i qeyri-dövlət sektorunun payına düşüb.

Son xəbərlər
Digər xəbərlər