Azərbaycan üzrə mobil telefon və komputerlərin, eləcə də planşetlərin bazar payı açıqlanıb.
Bu haqda “Global Stats” mərkəzinin hesabatında bildirilib.
Belə ki mobil telefonların ölkə üzrə bazar payı 53.83%, komputerlər üçün bu 44.9%, planşetlər üçün isə 1.27%-dir.
Qeyd edək ki mobil telefonların bazar payında üstünlük təşkil etməsi dünya miqyasında da izlənilir. Dünya üzrə mobil telefonlar 52.48%, kompüterlər 44.59%, planşetlər isə 2.93% bazar payına sahibdir.
©Ted.az