27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda “Mövenpick” brendi altında ilk premium otel yaradılır

Mövenpick brendi altında ilk premium mehmanxananın 2023-cü ilin yazında Bakıda açılması planlaşdırılır, bu barədə “Accor” otellər qrupundan bildirilib.

Bu layihə “Accor” şirkəti tərəfindən “Kapital İnvest” MMC ilə əməkdaşlıq müqaviləsinin imzalanması sayəsində həyata keçiriləcək.

Müqavilə Bakının mərkəzində yerləşən “Winter Park Hotel Baku” otelinin yenilənməsi və rebrendinqini nəzərdə tutur.

Yeni premium-klass mehmanxanada standartdan suitlərə qədər müxtəlif kateqoriyalı 212 otaqda yerləşmə təklif olunacaq. Mövenpick Winter Park Baku-da qonaqlara spa, fitness mərkəzi və iki restoran təqdim olunacaq. Həmçinin, otelin infrastrukturuna konfrans otaqları və tədbirlər üçün yerlər daxildir.

Son xəbərlər
Digər xəbərlər