19 C
Baku
Friday, October 4, 2024

Azərbaycanda MTK-nın yarım milyon manatdan çox vergi borcu var

“Atlas Plaza” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Atlas Plaza”nın vergi borcu 515 853.96 manatdır. Bu vergi borcu 18.09.2024-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, “Atlas Plaza” MMC təşkilati-hüquqi formasını dəyişərək Mənzil-Tikinti Kooperativinə çevrildiyini elan edib. Şirkət 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 50 manatdır və qanuni təmsilçisi Fuad Babayevdir.

Son xəbərlər
Digər xəbərlər