12 C
Baku
Sunday, March 3, 2024

Azərbaycanda müflis edilən banka ləğvedici təyin olundu

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC müflis elan edilib.

Bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, Əmanətlərin Sığortalanmasl Fondu Banka ləğvedici təyin olunub. Fond əhalinin qorunan əmanətlərinin ödənilməsinin vaxtı və yeri barədə məlumat verəcək.

Xatırladaq ki, AMB “Günay Bank”ın məcmu kapitalının müəyyən edilmiş tələbdən – 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək “Banklar haqqında” qanuna əsasən, onu bazardan kənarlaşdırıb, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.

Son xəbərlər
Digər xəbərlər