25 C
Baku
Friday, August 19, 2022

Azərbaycanda nağdsız ödəniş əməliyyatlarının həcmi 191 mlrd. manata çatıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nağdsız ödəniş göstəricilərində əvvəlki dövrlərlə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, bu dövr ərzində ölkədə Milli Ödəniş İnfrastrukturu vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 191 mlrd. manat, sayı 40 mln. ədəd təşkil edib. Əməliyyatların sayı üzrə göstərici 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44% artıb.

 Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, hesabat dövründə AMB-nin operatoru olduğu Hökumət Ödəniş Portalının (HÖP) əhatə dairəsi genişləndirilib, 1 437 bələdiyyə üzrə ödənişlərin qəbul edilməsi imkanı yaradılıb. Bununla da, bələdiyyələr daxil olmaqla, əksər dövlət orqanları, kommunal xidmət müəssisələri, mobil rabitə operatorları, ali təhsil müəssisələri və s. qurumların 550-dən çox xidməti üzrə ödənişlərin portalın onlayn resurslarından, bankların elektron bankçılıq xidmətlərindən istifadə etməklə nağdsız qaydada aparmaq mümkündür. HÖP üzərindən bu dövrdə həyata keçirilən əməliyyatların həcmi 2,286 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur. Aparılan nağdsız əməliyyatların həcmi isə 3,4 dəfə artaraq 956 mln. manat olub.

Cari ilin sentyabrın 30-na ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 16% artaraq 1.2 mln. ədədi təmassız olmaqla 7,5 mln. ədəd təşkil edib. Təmassız kartların sayı 2,4 dəfə artıb.

Ölkə üzrə bankomatların sayı 2 654 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd çoxdur. Bankomatların 1 407-si Bakı şəhərində, 1 247-si isə digər şəhər və rayonlarda yerləşir. Banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 65 153 ədəd olub ki, bunun da 27 530 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin ilk 9 ayı ilə müqayisədə təmassız POS-terminalların sayı 31% (6 466 ədəd) artıb.

Ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 28% artaraq 15,535 mlrd. manat təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi isə 59% artaraq 3,3 mlrd. manat (21%) olub.

Son xəbərlər
Oxşar xəbərlər