Azərbaycanda nağdsız ödənişlər tarixi REKORD yenilədi – kəskin artım

Azərbaycanda 2021-ci ilin mart ayı üzrə POS-terminallarla nağdsız ödənişin həcmi tarixi maksimumu yenilədi.

Bankrer.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik rəqəmlərində qeyd edilir.

Hesabata görə, mart ayı ərzində 342 milyon manat həcmində POS-terminallarla nağdsız ödənişlər edilib. Bu öncəki ayla müqayisədə 37%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 91% artım deməkdir. Hazırda nağdsız ödənişlərin həcmi tarixi rekord yeniləyir. Buna qədər ən böyük rəqəm 2020-ci ilin dekabrında – 268 milyon manatla qeydə alınmışdı.

AMB açıqlayır ki, ilin üçüncü ayı ərzində POS-terminallarla 7 667 min ədəd əməliyyat aparılmışdır.

2021-ci ilin ilk rübündə isə nağdsız əməliyyatların həcmi 813 milyon manat təşkil (öncəki ilin eyni dövrü: 438 milyon manat) etmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.