27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda nağdsız ödənişləri necə inkişaf edir?

Ölkədə  nağdsız əməliyyatların həyata keçirilməsi, vaxt itkisi və  risklər minimuma endirir. Bundan başqa, nağdsız ödənişlər və saitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır.

Ödəniş kartının əsas məqsədi onunla mal və xidmətlərin dəyərinin ödənilməsidir ki, bu da nağd pul ilə müqayisədə çox əlverişli vasitədir. Nağd pulun itməsi mümkünlüyü və ya xırda qəpikləri cibdə gəzdirmək kimi narahatçılıq amillərini nəzərə alsaq ödənişi nazik plastik kartlar ilə etmək daha maraqlı görünür.

Bundan başqa, ölkəmizdə elektron hesablaşma mexanizmi yaradılmışdır ki, bu da öz növbəsində ödənişlərin real vaxt rejimində elektron qaydada və ya plastik kartlar vasitəsilə, təhlükəsiz, səmərəli reallaşdırılmasına geniş imkanlar açır. Son dövrlərdə əhalinin mütləq əksəriyyətinin plastik kartlarla təmin edilməsi nağdsız pul hesablaşmalarının kütləviliyi üçün əlverişli şərait yaradır.

İndi isə ölkədə nağdsız ödənişlərin inkişafı haqqında statistikaya nəzər yetirək. Mərkəzi Bankın yayımladığı son statistik məlumatlara əsasən deyə bilərik ki, 1 May tarixində ölkədə nağdsız əməliyyatların sayı və həcmi azalıb. Hazırda Azərbaycan əhalisində 6 049 min ədəd ödəniş kartı var ki, bu kartlardan  1264  ədədi kredit kartları digərləri isə debet kartlarıdır. Onu da qeyd edək ki, ilin əvvəlindən kredit kartlarının sayında nisbətən azalma müşahidə olunub.

Həmçinin debet kartlarından  2 471 ədədi sosial kartlar,  1 444  ədədi əmək haqqı kartları, 870 ədədi isə digər kartlara daxildir.

Hazırda debet və kredit  kartları vasitəsilə aparılan əməliyyatların sayı isə 562 min azalaraq,7 075,  həcmi isə 84 mln manat azalaraq, 1 053 mln manat təşkil edib.

Nağdsız ödənişlərin inkişaf etməsinə baxmayaraq, bəzi obyektlərin hələ də POS terminalla tanış olmadıqlarının şahidi oluruq. Belə ki, ticarət obyektlərinin çoxunda POS terminallar ya ümumiyyətlə yoxdur, yaxud da var ancaq işləmədiklərini söyləyirlər.

Sahibkarlar bunu müxtəlif amillərlə əsaslandırmağa çalışsalar da, hər kəsə məlumdur ki, artıq POS terminal quraşdırmayan obyektlərə müraciət edən alıcıların sayı daha azdır.

Son xəbərlər
Digər xəbərlər